Fatma Səttarovanı şəfa ilə evə yazmağın sevincini yaşayırıq

Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı 102 yaşlı Fatma Səttarova “bakteriyal pnevmaniya” diaqnozu ilə ağır vəziyyətdə mərkəzimizə müraciət etmişdir. Yüksək tempratur, infeksiya göstəriciləri və oksigen çatışmazlığı kimi şikayətlərdən əziyyət çəkən xəstəmiz tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşdu. Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyevin müalicəsinə başladığı Fatma Səttarovanı şəfa ilə evə yazmağın sevincini yaşayırıq. İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət və əsl mərdlik nümayiş etdirən veteran Fatma anamıza sağlam həyat arzu edirik.

Diqər xəbərlər